Azərbaycanda kim taksidə gedir: sərnişinin portreti

Azərbaycanda kim taksidə gedir: sərnişinin portreti

2023年10月26日

“Maxim” xidmətinin mütəxəssisləri statistikanı analiz edərək, taksi sifarişi tətbiqi istifadəçisinin cinsini, yaşını və smartfonunun əməliyyat sistemini müəyyənləşdiriblər.

Aydın olub ki, Azərbaycanda kişilər qadınlardan 3 dəfə çox taksi çağırırlar. Şirkət tətbiqinin kişi istifadəçilərinin payına ümumi saydan 76% düşüb. Qadınlarsa istifadəçilərin 24%-ni təşkil edir.

Taksidən həmçinin daha çox 25-35 yaşlı adamlar faydalanırlar: bu yaş qrupu birinci yerdə gəlir, belə ki onun payına 43% düşür. İkinci yerdə 31% nəticə ilə 24 yaşınadək gənclər gəlir. Üçüncü yeri 36-45 yaşlı insanlar tutur, onlar 16% təşkil edir. Ümumi sayın cəmi 7%-i 46 yaşdan yuxarı sərnişinlərə aiddir.

Smartfonların əməliyyat sistemlərinə gəlincə, 86% halda taksi sifarişi tətbiqini Android-ə yükləyirlər. iOS-un payına 14% düşür. Beləliklə də, Android Aplle-in əməliyyat sistemindən 6 dəfə çox populyardır. Bununla yanaşı, hər iki əməliyyat sistemi istifadəçiləri eyni qədər loyaldırlar və çox vaxt tətbiqə yüksək qiymətləndirmə verirlər. Belə ki, “Maxim”in marketlərdə ortalama qiymətləndirməsi 4,8-dir.

Taksi sərnişinləri arasında ən populyar smartfon brendi Cənubi Koreyanın Samsung şirkətidir: bu qurğu sahibləri ümumi sayın 42%-ni təşkil edir. İkinci yerdə 40%-lə Çinin Xiaomi brendi gəlir. Üçüncü yeri 8%-lə Amerikanın Aplle korporasiyası tutur.

Beləliklə, Azərbaycanda taksinin sərnişin oturacağında daha çox kimə rast gəlmək olar? Böyük ehtimalla, bu, əlində Sansung telefonu ilə 25-35 yaşlı kişi olacaq.


– Azərbaycanda “Maxim” tətbiqini milyon dəfədən çox yükləyiblər. O, istifadəçinin tələbatından asılı olaraq, müxtəlif növ nəqliyyat çağırmağa imkan yaradır: müxtəlif dərəcəli minik avtomobilləri, minivenləri, yük maşınlarını. Tətbiq vasitəsi ilə həmçinin məhsulların çatdırılması və alınması üzrə kuryer köməyi, yükdaşıyan xidməti, şəxsi sürücü, avtomobil mühərrikinin işə salınması üçün yardım sifariş etmək olar. Müasir insan üçün bu ən müxtəlif vəziyyətlərdə kömək edə biləcək üniversal alətdir. Vağzalda dostunu qarşılamaq, nənənə dərman sifariş etmək, başqa mənzilə köçmək, sükan arxasına keçmək iqtidarında olmadığın zaman öz avtomobilində getmək... Siyahını uzatdıqca uzatmaq olar. Biz Azərbaycanın artıq doqquz şəhərində milyonlarla adamın faydalandığı xidməti yarada bildiyimiz üçün şadıq, – “Maxim” xidmətinin rəhbəri Amin Alıyev deyir.

Analizdə “Maxim” tətbiqi istifadəçilərinin öz profillərində qeyd etdikləri sahibi göstərilməmiş məlumatdan, həmçinin tətbiq marketlərindən yüklənmələr barədə məlumatdan istifadə olunub.