Araşdırma: Azərbaycanda hansı komfortlu avtomobillər geniş yayılıb

Araşdırma: Azərbaycanda hansı komfortlu avtomobillər geniş yayılıb

10 Ağustos 2023

“Maxim” taksi sifarişi xidmətinin mütəxəssisləri yüksək komfort tarifi ilə işləyən avtomobillərin brendlərini araşdırıb və ən çox tələbat olan modellərin top onluğunu tərtib edib.

Reytinqin liderləri premium avtoseqment dünyasının klassikası sayılan Mercedes brendinin avtomobilləri olub. Ümumilikdə bu maşınlarda xidmətlə “Komfort” tarifi üzrə 63% sürücü əməkdaşlıq edir. Bununla yanaşı, birinci yerdə kompakt və yüksək komfortlu Mercedes C-class gəlir, bu maşından sürücülərin 26%-i istifadə edir. İkinci yerdə Mercedes tarixində ən çox satılan E-class-dır (21%). Üçüncü yeri Mercedes-Benz 220 tutur: bu modelin payına 9% düşür.

Həmçinin beşliyə Hyundai Sonata (5%) və Mercedes-Benz 200 sedanları (4,7%) daxil olub. Reytinqdə yerdə qalan markaların payına 3%-dən çox düşməyib. Top onluqda həmçinin Volkswagen, Hyundai, KIA və BMW brendləri var.

Olduqca unikal nümunələrə də rast gəlinib. Məsələn, Azərbaycanda “Maxim” xidmətinə müraciət edən sərnişinlərin taksi sifarişinə Tesla, Porsche Cayenne, Lexus GX avtomobillərinin müxtəlif modelləri və hətta Cadillac və Bentley-in vintaj modelləri də gələ bilər.

Reytinq Azərbaycanda “Maxim” xidmətinin fəaliyyət göstərdiyi 6 şəhərin məlumatları əsasında tərtib edilib. Seçimə 1000-dən çox avtomobil markası daxil olub. Qeyd edək ki, seçimdəki sürücülərin böyük əksəiyyəti şəxsi avtomobilində işləyir. Odur ki, hazırkı reytinq təkcə taksidə deyil, ümumiyyətlə, Azərbaycan yollarında ən çox hansı komfortlu və biznes-klas avtomobillərinə rast gəlindiyini anlamağa imkan verir.

Azərbaycanda komfortlu avtomobillərin top onluğu

1. Mercedes C-class - 26%

2. Mercedes E-class - 21%

3. Mercedes-Benz 220 - 9%

4. Hyundai Sonata - 5%

5. Mercedes-Benz 200 - 4,7%

6. Volkswagen Passat - 3%

7. Mercedes-Benz 230 - 3%

8. KIA Optima - 1,7%

9. Hyundai Santa Fe - 1,4%

10. BMW 320 - 1,2%