Taksidə 500 milyon kilometr və 18 əsr: “Maxim” Azərbaycanda çalışdığı dövrün hesabatını açıqlayır

Taksidə 500 milyon kilometr və 18 əsr: “Maxim” Azərbaycanda çalışdığı dövrün hesabatını açıqlayır

31 Октябр 2023

Otyabr ayında “Maxim” taksi sifarişi xidmətinin Azərbaycanda fəaliyyətinin 6 yaşı tamam olub. Mütəxəssislər ölkə sakinlərinin şirkətlə nə qədər vaxt keçirdiklərini anlamaq üçün bu tarixin üstünə səfərlərin sürəkliliyini, kilometrajını və digər göstəriciləri toplayıblar.

Aydın olub ki, “Maxim” istifadəçilərinin səfərlərinin ümumi kilometrajı 493 milyon kilometrdir. Bu, Yer ətrafında ekvator boyunca 12 min səyahətdən və ya Aya 1287 uçuşdan daha çoxdur. Sərnişinlər yolda 15 milyon saatdan çox vaxt keçiriblər. Əgər bu rəqəmləri ilə çevirsək, səfərlərin sürəkliliyinin 1800 il təşkil etdiyini görərik!

“Maxim”in Azərbaycanda fəaliyyət göstərdiyi müddət ərzində şirkətin taksi sifarişi üçün tətbiqini 1 milyondan çox istifadəçi yükıəyib ki, bu da Bakı əhalisinin yarısı deməkdir. Sifarişlərin telefonla qeydə alınması zamanı isə Azərbaycan sakinləri toplam olaraq servis oparetorları ilə 89 ildən artıq danışıblar. Həqiqətən də, bu bir insanın uzun bir həyat yaşamasına və qocalmasına bərabərdir.

“Maxim” xidmətinin sürücüləri 6 il ərzində insanlara 7000 dəfədən çox iri əşyaları daşımağa kömək ediblər, sifarişçinin avtomobilinin mühərrikini 46000 dəfə işə salıblar, 78000-dən çox bağlamanı çatdırıblar və 17000 dəfə alış-veriş dalınca gediblər. Onlar xidmət istifadəçilərindən milyonlarla müsbət qiymətləndirmə alıblar. Daha sürücülərə neçə dəfə xeyirli gün arzulandığını saymırıq.

– Bütün bu müqayisələr Azərbaycan sakinlərinin şirkətlə birgə necə yol getdiyini göstərmək üçündür. “Maxim” 6 il ərzində nəqliyyat bazarının böyüməsinə və sakinlərin qazancının artmasına imkan yaratmaqla, əhalinin hərəkətliliyini yaxşılaşdırmaqla böyük və kiçik şəhərlərin iqtisadiyyatının inkişafına mühüm töhfə verib. Biz bundan belə də infrastrukturun inkişafına kömək edəcəyimizə və insanlara faydalı olacağımıza ümid bəsləyirik, – “Maxim” xidmətinin Azərbaycandakı rəhbəri Amin Alıyev deyir.