Azərbaycanda ən populyar avtomobillərin reytinqi tərtib edilib

Azərbaycanda ən populyar avtomobillərin reytinqi tərtib edilib

19 de março de 2024

Martın 22-si Beynəlxalq Taksi Sürücüləri Günü qeyd olunur. “Maxim” taksi xidməti bu bayram münasibəti ilə sürücülərin hansı markalara üstünlük verdiyini analiz edib və ən populyar maşınların reytinqini tərtib edib.

Bayramın tarixi 1907-ci il martın 22-nə təsadüf edir. Belə ki, məhz həmin gün Böyük Britaniyada yola taksometr quraşdırılmış ilk maşın çıxıb. Elə bu səbəbdən də həmin tarix taksi sürücüsü işinin başlanğıcı kimi qeyd olunub. İndi taksometrin bütün zəruri funksiyalarını mobil tətbiqdə tapa bilərsiniz. Müştərini isə, demək olar ki, istənilən avtomobildə təyinat yerinə çatdırmaq olar. Gəlin Azərbaycanda hansı avtomobilin daha populyar olduğunu nəzərdən keçirək.

Azərbaycanda fəaliyyət göstərən sürücülər kompakt avtomobillərə üstünlük verirlər. Odur ki, liderlik zirvəsinə Opel Astra və Toyota Prius yüksəlib. “Maxim” sifariş xidmətindən faydalanan sürücülər arasında həmin maşınların payı, demək olar ki, bərabərdir – rəqəmlər müvafiq olaraq 12,6% və 12,3%-dir.

Taksi sürücülərinin ən sevimli avtomobillərinin arasında üç Premium sedan var: Mercedes C-class, Mercedes E-class və Mercedes-Benz 220. Azərbaycanda “Maxim” sifariş xidmətindən faydalanan sürücülərin 10%-i lüks avtomobilə üstünlük verir.

Populyar avtomobillərin tam reytinqi bu cürdür:

Opel Astra – 13%

Toyota Prius – 12%

Mercedes C-class – 5%

KIA Rio – 4%

Mercedes E-class – 3%

Toyota Corolla – 3%

KIA Ceed – 2%

Mercedes-Benz 220 – 2%

Chevrolet Cruze – 2%

İş üçün etibarlı avtomobil seçmək lazımdır. Sürücülər yüksək manevr imkanı və əlverişli yanacaq sərfiyyatı olan, sınaqdan keçmiş modellər axtarırlar. Reytinqin liderləri isə bahalı hissələrə və texniki xidmətə ehtiyacı olmayan orta səviyyəli avtomobillərdir. Bizim reytinqdən sınaqdan keçmiş və manevr imkanına malik avtomobillər seçmək üçün faydalanmaq olar.

Xidmətin sürücüləri daşınmadan savayı, mühərriki işə salmağa və avtomobili yedəkləməyə, həmçinin ərzaq almağa və çatdırmağa kömək edirlər. Martın 22-si taksi sifariş etsəniz, sürücünü peşə bayramı münasibətilə təbrik etməyi unutmayın.

“Maxim” taksi sifarişi xidməti Azərbaycanda 2017-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin xidmətindən Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Qəbələ, Xaçmaz, Şəmkir, Gədəbəy Tovuz və İsmayıllıda faydalanmaq olar.

Şirkət onu daha müasir, əlçatan və təhlükəsiz edən innovasiyalı nəqliyyat sifarişi texnologiyaları və digər xidmətlər yaradır. O həmçinin qeyri-məhdud sayda sifarişçiləri və icraçıları qoşmağa, milyonlarla sifariş işləməyə imkan verən proqram-aparat kompleksi qurub. “Maxim” xidmətinin sifarişi üçün tətbiq və Taxsee Driver sifarişləri ilə iş üçün tətbiq milyonlarla istifadəçiləri olan dünya tətbiqləri reytinqinə daxildir.