“Maxim” beynəlxalq taksi sifarişi xidməti Azərbaycanın daha 4 şəhərində fəaliyyət göstərməyə başlayıb

“Maxim” beynəlxalq taksi sifarişi xidməti Azərbaycanın daha 4 şəhərində fəaliyyət göstərməyə başlayıb

2023 ж. 29 қыркүйек

Şəmkir, Gədəbəy, Xaçmaz və Tovuz rayonlarının sakinləri indi avtomobildə səfərlər sifariş edə, çatdırılma xidmətindən, o cümlədən brendin vahid standartları üzrə avtomobil sahiblərinə yardım üçün xidmətlərdən faydalana bilərlər.

Səfərlərin qiyməti optimal marşrutun kilometrajı üzrə (yəni optimal marşrutun hər kilometrinə görə) hesablanır və Xaçmazda 1 manatdan, Tovuzda 1,3 manatdan, Şəmkir və Gədəbəydə isə 1,5 manatdan başlayır. O dərhal məlum olur, həmçinin yola sərf olunan vaxtdan və tıxaclardan asılı deyil. Bir neçə ünvandan ibarət uzun səfərlər üçün 5 manatdan başlayan saathesabı ödəmə ilə tarif var.

Çatdırılma xidmətinə “Kuryer” tarifi üzrə əşyaların bir nöqtədən digər nöqtəyə daşınması, həmçinin “Alıb gətirəcəyik” tarifi üzrə siyahı əsasında zəruri malların alınması və çatdırılması daxildir. İnsanlar bu şəkildə bağlamalar və sənədlər göndərə, evə ərzaq və ilkin zəruri əşyalar sifariş edə bilərlər. Şirkətlər isə bu xidmətdən istifadə etməklə yemək, gül və ya başqa məhsulun çatdırılması üçün “Maxim” kuryerlərini çağıra bilərlər.

Avtomobil sahibləri mühərriki işə salmaq istəyərkən və ya avtomobili başqa yerə aparmaq lazım gələrkən sükan arxasına otura bilmədikləri təqdirdə “Maxim”in xidmətindən faydalana bilərlər. Bu cür xidmətlər sifariş edilərkən lazımi bacarıqlara sahib olan şirkət partnyoru gəlir.

“Maxim” xidmətinin rahat tətbiqi vasitəsilə bütün bu xidmətlərdən faydalanmaq olar. Tətbiqi AppStore, Google Play, AppGallery və Galaxy Store-dan yükləmək mümkündür. O cümlədən sifarişi 7775-ə zəng vurmaqla da etmək olar.

Şirkət sürücülərlə və kuryerlərlə əməkdaşlıqda maraqlıdır və onlara əlverişli şərtlər təklif edir. Sərbəst cədvəllə işləmək, öz vaxtını müstəqil şəkildə planlaşdırmaq və nə qədər qazanacağına müstəqil qərar vermək mümkündür. Yerinə yetirilmiş sifarişin komissiyası 5%-dən başlayır və nəqliyyat vasitəsinin brendləşdirilməsindən asılıdır. Əməkdaşlıq etmək üçün Taxsee Driver tətbiqinə ərizə qoymaq və ya https://taxsee.pro/az/az-AZ/ saytında qeydiyyatdan keçmək olar.

Biz sərnişinlərə nəqliyyata qənaət etməkdə və gündəlik məsələləri çözməkdə yardımçı olan müasir xidmət, sürücülərə isə layiqincə qazanc imkanı yaratmağa çalışırıq. “Maxim” Azərbaycanda artıq 9 şəhərdə fəaliyyət göstərir. Sevinirik ki, bundan belə Şəmkir, Gədəbəy, Xaçmaz və Tovuz şəhərlərinin sakinləri də xidmətin artıq qonşuların malik olduqları üstünlüklərindən yararlana biləcəklər, – “Maxim”in Azərbaycandakı rəhbəri Amin Alıyev deyir.