Azərbaycanda şəhərlərarası taksi istiqamətlərinin top beşliyi

Azərbaycanda şəhərlərarası taksi istiqamətlərinin top beşliyi

2023 ж. 15 қыркүйек

“Maxim” xidmətinin mütəxəssisləri yaşayış məntəqələri arasında 2023-cü ilə olan sifarişlərin marşrutlarını analiz ediblər və insanların taksi ilə daha çox getdikləri istiqamətlərin reytinqini təşkil ediblər.

Adətən, taksidə şəhərlərarası gedişlər yaxın məsafədə yerləşən yaşayış məntəqələri arasında baş tutur. Beləliklə, reytinqin lideri Sumqayıt-Binə marşrutudur. Bu yaşayış məntəqələrin arasındakı məsafə 50 km-ə yaxındır, səfər müddəti isə 50 dəqiqədən artıq çəkmir. İkinci yerdə Bakı-Sumqayıt marşrutu gəlir, onların arasındakı məsafə 40 km-ə, səfər müddəti 40 dəqiqəyə yaxındır. Üçüncü yeri Bakıdan Qobustana gedən yol tutur. Taksi bu şəhərlər arasındakı 40 km-ə yaxın məsafəni təxminən 40 dəqiqəyə qət edir. Yuxarıda adı çəkilən şəhərlər arasında məsafə böyük olmadığından, adamlar ictimai nəqliyyatı gözləməkdənsə maşın sifariş etməyə üstünlük verirlər.

Həmçinin beşliyə daha uzun marşrutlar daxil olub. Belə ki, populyarlığına görə dördüncü yerdə Bakı-Xaçmaz marşrutu gəlir. Yaşayış məntəqələri arasındakı məsafə 160 km-dir və taksi bu məsafəni 2 saatdan bir az çox müddətə qət edir. Reytinqi Bakı-Quba marşrutu tamamlayır. Taksi 170 km-lik məsafəni analoji müddətə gedir.

Analizdə xidmətə 2023-cü ilin əvvəlindən gələn şəhərlərarası sifarişlər iştirak edib. Ümumilikdə bu cür səfərlərin payına yekun saydan 18% düşüb.

Taksi, ilk növbədə, şəhər xidmətidir. Amma bəzən insanlar maşınları şəhərlərarası səfər üçün də sifariş edirlər. Bəziləri mənzil başına tez çatmaq və ictimai nəqliyyatın iş rejiminə uyğunlaşmamaq üçün bu üsulu seçirlər. Digərlərinə yükü belə daşımaq və ya uzun məsafəni bu şəkildə qət etmək daha rahatdır. Səfərin qiymətini marşrutun ünvanını qeyd etməklə tətbiqdə asanlıqla hesablamaq olar, – Azərbaycanda “Maxim” xidmətinin rəhbəri Amin Alıyev deyir.