Bakıda taksi ilə hara gedirlər: ən çox gedilən yerlərin top-10-u

Bakıda taksi ilə hara gedirlər: ən çox gedilən yerlərin top-10-u

14 fevral 2024

İnsanlar taksidən müxtəlif cür istifadə edirlər: biriləri hətta qonşu evə də avtomobil sifariş edir, digərləri isə yalnız xüsusi hallarda bu xidmətə üz tutur. Bununla belə, hər şəhərin öz populyar marşrutu var. “Maxim” taksi xidməti istifadəçilərin səfərlərini analiz edib və tələbatın çox olduğu yerlərin reytinqini tərtib edib.

İnsanlar daha çox vağzallara taksi sifariş edirlər. Bakıda xidmətin bütün səfərlərinin 9%-i Bakı Beynəlxalq Avtovağzal Kompleksinin payına düşür. Bu məntiqəuyğundur: sərnişinlərin çoxu mənzil başına vaxtında çatmaq və yükünü rahat aparmaq üçün taksiyə üstünlük verir.

Şəhərlilər həkimə də daha çox taksi ilə getməyə meyllidirlər. Beləcə, populyar yerlərin reytinqinə Zərifə Əliyeva adına Göz Klinikası, Bakı Sağlamlıq Mərkəzi, Neftçilər xəstəxanası, Baku Medical Plaza (“Xalqlar Dostluğu” metro stansiyasının yanı) və MedEra Hospital kimi tibb müəssisələri daxil olub. Bununla yanaşı, pasiyentlərin sayına görə, qeyd-şərtsiz lider ilk iki tibb müəssisəsidir. Ümumilikdə taksi sifarişlərinin təxminən 6%-i klinikaların payına düşür.

Daha bir populyar təyinat yeri metro stansiyalarıdır. İnsanlar taksi vasitəsi ilə ucqar rayonlardan yaxın metro stansiyasına gəlir, daha sonra bu ictimai nəqliyyatdan faydalanırlar. Ən populyar metro stansiyası “20 Yanvar”dır, belə ki, sifarişlərin 1,5%-i onun payına düşür. Ən çox gedilən yerlərin top 10-na həmçinin Əhmədli qəsəbəsinin yaxınlığında yerləşən “Həzi Aslanov” metro stansiyası daxil olub.

Adamları özünə cəzb edən yerlər arasında Bakının çoxsaylı ticarət mərkəzlərinin də adını çəkmək olar. Onların arasında daha populyarları Gənclik Mall və 28 Mall-dır.

Reytinq ümumilikdə bu cür görünür:

1. Bakı Beynəlxalq Avtovağzal Kompleksi

2. “20 Yanvar” metro stansiyası

3. Zərifə Əliyeva adına Göz Klinikası

4. Bakı Sağlamlıq Mərkəzi

5. Gənclik Mall

6. Neftçilər xəstəxanası

7. 28 Mall

8. Baku Medical Plaza

9. “Həzi Aslanov” metro stansiyası

10. MedEra Hospital

Qeyd etmək lazımdır ki, səfərlərin çoxluğu yaşayış evlərinə təsadüf edir. Bu o deməkdir ki, taksi xidmətindən ən çox qonaq gedərkən istifadə edirlər. Odur ki, populyar yerlərlə bağlı şəxsi reytinqiniz yaxınlarınızın yaşadığı evlərdən ibarət olacaq.