Azərbaycan sakinləri Yeni ildə taksiyə necə qənaət edə bilərlər

Azərbaycan sakinləri Yeni ildə taksiyə necə qənaət edə bilərlər

27 dekabr 2023

“Maxim” xidmətinin əməkdaşları bayram günlərində yüksələn tələbatla bağlı taksi qiymətinin necə dəyişə biləcəyi, bir də daha tez və ucuz getmək üçün günün hansı vaxtında taksi sifariş etməyin əlverişli olacağı barədə danışıblar.

Adi günlərlə müqayisədə bayram günlərində 2 dəfə çox taksi sifariş edirlər. İnsanlar mağazalara, korporativ şənliklərə və tədbirlərə, qohum-qardaş və dost-tanışın evinə qonaq gedirlər. Bir çox avtomobil sahibi həmçinin vaxtını sükan arxasında deyil, doğma saydığı insanların arasında şən keçirmək istəyir və elə bu səbəbdən taksiyə minir. Tələbatın yüksəlməsi isə xidmətin qiymətinə təsir edir.

Yüksək tələbat saatlarında “Maxim” xidmətində səfərin qiymətini bahalaşdıran əmsal işə düşür. Bu, digərləri istirahət etdiyi halda taksi sürücülərini işə getməyə həvəsləndirir. Tələbat yüksəlməmişdən əvvəl taksi sifariş etməklə səfərin qiymətinə 30%-dən 50%-dək qənaət etmək olar.

Xidmətin təcrübəsi göstərir ki, dekabrın 31-i saat 22-yə yaxın taksiyə olan tələbat maksimal həddə çatır və bu yüksəliş yanvarın

1-i səhər saatlarınadək davam edir. Bu zaman çərçivəsində taksi, adətən, ikiqat tariflə işləyir. Dekabrın 30-u və yanvarın 1-i qiymətlərin 1,5 dəfəyədək artımı vəziyyətdən asılı olacaq. Növbəti günlərdə tələbat normallaşacaq.

Beləliklə, maşını dekabrın 31-i günorta və yanvarın 1-i gündüz saatlarında sifariş etməklə Yeni ildə həmişəki tariflə getmək olar. Nəqliyyat xərclərinə qənaət etmək istəyən müştərilər öz səfərlərini bunu nəzərə almaqla planlaşdıra bilərlər. “Maxim” tətbiqində siz həmişə seçilmiş marşrut üzrə səfərin cari qiymətini hesablaya bilərsiniz.

Tətbiq istifadəçiləri bəzi hallarda taksinin tez gəlməsini istəyirlər. Bu zaman onlar tez getmək üçün səfərin qiymətini müstəqil şəkildə artıra bilərlər. Belə olan halda sifariş sürücü üçün daha cəlbedici şəkil alır və o ilk növbədə həmin sifarişi yerinə yetirir.

Yeni ildə bayram əhval-ruhiyyəsinin olması xüsusilə mühümdür. “Maxim” tətbiqə qış mövzusu əlavə etməklə artıq Azərbaycan sakinlərini təbrik etməyə başlayıb. İndi tətbiqin Yeni il ikonasını seçmək olar, şirkətin loqotipinin Şaxta Baba papağı var, ekranda qar yağır, səfərdən sonra isə təbrik ismarışı görünür. Xidmət hər yerə vaxtında çatmağınıza və bayramı doğma insanlarla birgə keçirməyinizə kömək edəcək.