Bakı sakinləri karantin şəraitində hara gedir

Bakı sakinləri karantin şəraitində hara gedir

23 de abril de 2020

“Maxim” xidmətinin analitikləri karantin başladıqdan sonra insanların fəallığının necə dəyişdiyini yoxladılar. İndi onlar taksini ancaq vacib yerlərə getmək üçün sifariş edir və başqa səfər marşrutlarını seçirlər.

Sifarişlər statistikası göstərir ki, karantin elan olunduğu andan taksiyə olan tələbat 46% azalıb. İnsanların hərəkət etməsi məhdudlaşdırıldığı, bütün əyləncəli məkanların isə bağlı olduğu bir şəraitdə dəyişikliklər daha da böyük ola bilərdi. Lakin həyat dayanmır, sadəcə insanların səfər məqsədləri dəyişir.

Faəliyyətini davam etdirən müəssisə və təşkilatların əməkdaşları, o cümlədən həkimlər, əczaçılar, həyat təminatı xidmətlərinin əməkdaşları, polislər, xilasedicilər və digərləri həmişə olduğu kimi işə gedir. Şəxsi məqsədlə edilən səfərlərin sayı azalıb: insanlar ehtiyac olmadan bayıra çıxmamağa çalışırlar. Onlar əsasən köməyə ehtiyacı olanları ziyarət edir, qohumlarına ərzaq məhsullarını aparır və ya “Maxim” xidmətində “Kuryer” və “Alıb gətirəcəyik” tarifləri üzrə çatdırılmanı sifariş edirlər.

İndi restoranların, klubların və kinoteatrların əvəzinə insanlar alış-veriş etmək üçün mağazalara gedir – qəbul edilən sifarişlərin 26%. Ən populyar supermarketlər sırasında “Bravo”, “Bazarstore” və “Araz market”i qeyd etmək olar.

Bakı metropoliteninin fəaliyyəti dayandırılana qədər ən populyar istiqamətlər arasında bu metro stansiyaları idi: “20 Yanvar” ― sifarişlərin 18% və “Həzi Aslanov” ― sifarişlərin 11%.

― Sanitariya-epidemioloji nöqteyi-nəzərdən taksi ən təhlükəsiz nəqliyyat növüdür, çünki çoxlu sayda insanlarla təmasda olmanı istisna edir. Əhalinin izolyasiya şəraitində təhlükəsiz hərəkət etməsi üçün biz adi rejimdə işləməyə davam edirik, — “Maxim” xidmətinin Bakı filialının rəhbəri Amin Alıyev deyə bildirir.

Qeyd edək ki, sürücülər ÜST-ün tövsiyələrinə riayət edir. Xidmətin əməkdaşları sərnişinlərə sürücü ilə özləri arasında maksimal məsafəni saxlamaq üçün avtomobilin arxa oturacağının sağ tərəfində oturmağı tövsiyə edir.