10 kq şüşə və samovar: Azərbaycanda taksidə daha nəyi unudurlar

10 kq şüşə və samovar: Azərbaycanda taksidə daha nəyi unudurlar

27 de julio de 2023

Unudulan əşyaların reytinqində ilk yeri bu cür halların 40%-ni təşkil edən telefon tutur, ikinci yerdə 12%-lə pulqabı və çantalar gəlir. Maraqlıdır ki, taksidə unudulmuş çantalardan birinin sahibi “Maxim” dəstək xidmətinə yazdığı şərhdə onun qızılla dolu olduğunu söyləyib. 9% halda sənədlər unudulub ki, bunların da arasında pasportlara, nikah haqqında şəhadətnamələrə, buraxılış vərəqələrinə və hətta hərbi biletə rast gəlmək olar. Tapılan əşyaların 3,5%-i açarların və uşaq əşyalarının payına düşür. Həmçinin tez-tez geyim (2,9%), eynəklər və bəzək əşyaları (2,7%), plastik kartlar (1,8%) itirilir.

Nadir və qeyri-adi tapıntılar arasında 10 kq şüşə, stul, televizor, xarrat dəzgahı, büllur fincan və nəlbəki, həmçinin samovar olub.

Daha bir neçə maraqlı fakt. Sərnişinlər əşyalarını itirmələri barədə daha fəal şəkildə gündüz saat 12-16 aralığında xatırlayaraq, “Maxim” dəstək xidmətinə müraciət ediblər. 60% halda əşyalar, həqiqətən də, maşında unudulub və sahiblərinə qaytarılıb. Yerdə qalan hallarda sərnişinlərin öz əşyalarını haradasa başqa yerdə unutduqları müəyyənləşdirilib.

Taksidə unudulan əşyaları mümkün qədər tez qaytarmaq üçün “Maxim” əlavəsində səfərlərin tarixçəsinə girmək, sürücü ilə çatı seçmək, ona unudulmuş əşya barədə yazmaq və birbaşa görüş barədə razılığa gəlmək lazımdır. Bu cür variant avtomobildən düşən kimi əşyasını itirdiyinin fərqinə varan şəxslər üçün uyğundur.

Daha bir üsul – dəstək xidmətinə müraciət etməkdir. Bunun üçün “Menyu”nu açmaq, sonra “Dəstək” bəndini seçmək, əks əlaqə formasına yazmaq və ya operatora zəng etmək lazımdır. Xidmət əməkdaşları vəziyyəti araşdırmaqda və itirilmiş əşyanın sahibinə qaytarılmasında yardımçı olacaqlar.

Əşyalarınızı sonradan axtarmamaq üçün avtomobildən düşərkən sizə aid olan hər şeyi götürüb-götürmədiyinizi yoxlamağınızı tövsiyə edirik.