Taksi ilə Bakıda ən çox gedilən top-10 yer

Taksi ilə Bakıda ən çox gedilən top-10 yer

17 aprel 2019
#taximaxim

“Maxim” xidmətinin mütəxəssisləri 2019-cu il üçün statistikanı təhlil edib paytaxt sakinlərinin və şəhərin qonaqlarının ən çox hara taksi sifariş etdiklərini müəyyən etdilər.

Bakı xəritəsində ən populyar yer beynəlxalq avtovağzal oldu. Səfərlərin ümumi sayının 1,2%-ni məhz ora edilmişdir. İkinci yerdə metrodur — “20 Yanvar” metro stansiyası. Ona, marşrutların 0,9%-da rast gəlinirdi. “Gənclik Mall” ticarət mərkəzi üçüncü yeri tutdu, ora edilən səfərlərin payı 0,7% təşkil edir.

“28 Mall” TM-nə gedənlərin sayı biraz az oldu (0,6%), o, dördüncü yerdə qərarlaşdı. Reytinqin beşinci yerində hava limanıdır (0,5%). Ən populyar yerlərin onluğuna həmçinin “Əcəmi”, “Həzi Aslanov” və “Əhmədli” metro stansiyaları, “Yeganə Şadlıq Sarayı” və “Oazis” restoranları da daxil oldu.

Bakıda ən populyar yerlərin reytinqi

1. Beynəlxalq avtovağzal 1,2%

2. “20 Yanvar” metro stansiyası 0,9%

3. “Gənclik Mall” TM 0,7%

4. “28 Mall” TM 0,6%

5. Hava limanı 0,5%

6. “Əcəmi” metro stansiyası 0,4%

7. “Həzi Aslanov” metro stansiyası 0,38%

8. “Yeganə Şadlıq Sarayı” restoranı 0,35%

9. “Əhmədli” metro stansiyası 0,3%

10. “Oazis” restoranı 0,2%

— Vağzallar, hava limanları və ticarət mərkəzləri ənənəvi olaraq taksi üçün cazibə nöqtələridir. İnsanlar adətən çanta və paketləri ilə səfər edirlər, taksi isə baqajlarını daşımağa kömək edir. Bu cür hallarda ictimai nəqliyyatda getməkdənsə avtomobil sifarişi xidmətlərindən yararlanmaq daha asandır. Restoranlar da istisna deyil: çox insanlar, istirahət etmək istəyirlərsə, şəxsi avtomobillərindən taksinin xeyrinə imtina edirlər, — Bakı şəhəri üzrə “Maxim” xidmətinin rəhbəri Amin Alıyev bildirib.