Qəbələdə “Maxim” beynəlxalq taksi sifarişi xidməti fəliyyətə başladı

Qəbələdə “Maxim” beynəlxalq taksi sifarişi xidməti fəliyyətə başladı

8 iyul 2019

Qəbələ sakinləri və şəhərin qonaqları Azərbaycanın paytaxtında və dünyanın 15 ölkəsində fəaliyyət göstərən müasir və rahat taksi sifarişi xidmətindən istifadə etmək imkanını əldə etdilər.

“Maxim” xidməti ilə sərnişinlər taksini asan və tez – “Maxim”in firma mobil tətbiqi və onlayn, taximaxim.az saytı vasitəsi ilə çağıra bilərlər.

Sürücülər sərbəst qrafiklə işləməklə sifarişləri öz şəxsi avtomobillərində yerinə yetirmək imkanını əldə etdilər. Sürücüləri əməkdaşlığa dəvət edərək, “Maxim” taksi sifarişi xidməti onlara minik avtomobildə sərnişinlərin və baqajın daşınması üçün icazələrin alınmasında dəstək göstərir.

“Maxim” sərnişinlər və sürücülər üçün xidməti maksimum rahat etməyə çalışır. Səfərin marşrutu optimal marşrut əsasında hesablanır və sifariş yerinə yetirilməzdən əvvəl məlumdur. Fəaliyyət göstərdiyi şəhərlərin əksəriyyətində avtomobilin gözləmə vaxtı 5-10 dəqiqədən çox çəkmir. Sayt və mobil tətbiq vasitəsi ilə əks əlaqə təşkil olunub, menecerlər heç bir rəyi diqqətsiz qoymur. Bu cür yüksək səviyyəli xidmətdən Qəbələdə də yararlanmaq imkanı olacaq. Getmək vaxtıdır!