Azərbaycan sakinlərinin taksiyə nə qədər pul xərclədiyi məlum olub

Azərbaycan sakinlərinin taksiyə nə qədər pul xərclədiyi məlum olub

“Maxim” taksi sifarişi xidməti Azərbaycan sakinlərinin taksi səfərlərinin tezliyi və xərcləri ilə bağlı araşdırma aparıb. Xidmətin mütəxəssisləri, ən azı, ayda bir dəfə avtomobil sifariş edən istifadəçilərin davranışını araşdırıblar.

Alınan məlumatlara görə, istifadəçilərin 54%-i ayda bir dəfədən çox olmayaraq taksi sifariş edir, 41% xidmətdən həftədə bir-iki dəfə faydalanır, 4% həftədə altı dəfəyədək taksiyə minir, 0,3% isə hər gün taksi çağırır.

Tarif seçərkən istifadəçilərin böyük bir hissəsi (96,6%) “Ekonom”a üstünlük verir. “Komfort” tarifini 0,3% sərnişin seçir.

O ki qaldı xərclərə, istifadəçilərin 83,3%-i taksiyə ayda 15 manatadək sərf edir. 14,7% səfərlərə 15-50 manat arası, 1,3% 50-80 manat arası xərcləyir. 0,7% sərnişin ayda 80 manatdan çox pul ayırır.

Araşdırma göstərib ki, Azərbaycan sakinləri daha çox ekonom avtomobillər sifariş edirlər və bu xidmətə nisbətən az pul xərcləməyə üstünlük veririlər. Bununla yanaşı, istifadəçilərin çoxu nadir halda taksi xidmətindən istifadə edirlər – ayda bir dəfə və ya daha az. Taksi avtomobillərinin texniki xüsusiyyətlərinə və zahiri görünüşünə olan tələblərin sərtləşdirilməsi ilə bağlı proqnozlaşdırılan qiymət artımı bu trendin güclənməsinə təkan verəcək.

مفيدة

التصنيفات