Bizim missiyamız — sərnişinlərlə sürücülər arasında qarşılıqlı əlaqəni yaxşılaşdırmaq, insanlara öz hədəflərinə doğru irəliləməkdə yardımçı olmaqdır.

2003-cü ildən başlayaraq biz xidmətləri daha müasir, əlçatan və təhlükəsiz edən taksi sifarişi, yükdaşımalar, alış-veriş, çatdırılma üzrə innovasiya texnologiyalarını yaradırıq.

Həm iri həm kiçik şəhərlərin xüsusiyyətlərini nəzərə alaraq, vahid baza əsasında müxtəlif istifadəçilərə effektiv şəkildə qarşılıqlı əlaqə qurmaq imkanını yaradırıq. Xidmətlərin sifariş olunması - rahat üsulla. Sifarişlərin yerinə yetirilməsi - onların axtarış prosesslərini optimallaşdırmaqla, boş gedişlərin sayını və boş durmanın vaxtını azaltmaqla.

Şirkətin tarixi Uralın balaca Şadrinsk şəhərində kiçik taksi xidmətindən başladı. Şirkətin əsasını Kurqandan olan gənc mühəndislər, texnoloji proseslərin və istehsalların avtomatlaşdırması üzrə mütəxəssislər qoyub.

Təsisçilər özləri də şirkətə dəvət edilmiş sürücülərlə birgə şəxsi avtomobillərində taksi sürücüsü qismində işləyirdilər.

Onlar sifarişlərlə işi maksimum avtomatlaşdırmaq və taksi xidmətini kütləvi etmək istəyirdilər.

Şirkətin işinin fasiləsiz təkmilləşdirilməsi təsisçiləri əmək bölgüsünə gətirib çıxardı. Hər kəs öz işini görməlidir: bəziləri müasir əlaqə mərkəzləri tikməli və operatorları öyrətməli, digərləri proqram məhsullarını hazırlamalı və texniki dəstək göstərməli, üçüncülər sərnişinləri və daşıyıcıları cəlb etməli, dördüncülər daşınmalarla məşğul olmalıdır.

Hal-hazırda xidmətlərin göstərilməsi üçün müxtəlif bilik sahələrindən olan mütəxəssislər komandaları birgə işləyir.

İlk altı ildə biz 4 şəhərdə fəaliyyətə başladıq. Effektiv biznes proseslər quruldu və gələcəkdə şirkətin genişlənməsinə şərait yaradan qarşılıqlı sərfəli əməkdaşlığın ənənələrin təməli qoyuldu. 2009-cu ildə biz eyni vaxtda yeddi yeni şəhərdə bölmələrimizi açdıq, 2010-cu ildə - 17 şəhərdə, sonra tempi bir il ərzində 22 şəhərə qədər çatdırdıq. 2020-ci ildə xidmətin Rusiyadakı faəliyyət coğrafiyası 500-dən çox yaşayış məntəqəsini əhatə etdi.

Hər bir şəhərdə biz rəqabəti gücləndiririk, iqtisadiyyat və cəmiyyət naminə işləyirik.

Biz istifadəçilərin qarışılıqlı əlaqəsi üçün nəzərdə tutulmuş sahə rəqəmsal platformanı bu, bütün dünyada trendə çevrildikdən bir neçə ilə əvvəl yaratdıq. Xidmətə qoşulmuş sürücüləri hələ 2007-ci ildə rasiyalardan sifarişlərlə işləmək üçün mobil tətbiqə keçirdik. Biznesin idarə edilməsi sahəsində innovativ yanaşmamız və istifadəçilərin dəyişən tələblərinə uyğun olmaq arzusu ilə müasir nəqliyyat bazarının transformasiyası və formalaşmasında fəal şəkildə iştirak edirik.

Biz fəxr edirik ki, cəhdlərimiz və təcrübəmiz sayəsində xidmətin fəaliyyətini təmin edən və biznesi çevik idarə etmək üçün detallı analitika təqdim edən güclü proqram-aparat kompleksi hazırlanmışdır.

Hər gün telefonla, bizim saytımızdan və "Maxim" mobil tətbiqi vasitəsilə daxil olan çoxsaylı sifarişləri Rusiyada ən iri ixtisaslaşdırılmış əlaqə mərkəzi qəbul edir. O, həmçinin sifarişlərlə Taxsee Driver mobil tətbiqi vasitəsi ilə işləyən sürücü və kuryerlər üçün xidmət göstərir. Tələblərimiz əsasında operatorlar üçün peşəkar təlim sistemi hazırlanmışdır.

2014-cü ildən etibarən bölmələrimizi yaxın və uzaq xarici ölkələrdə açmaqla Rusiya Federasiyasından kənarda da işləməyə başladıq. Beynəlxalq miqyaslı şirkətədək böyüdük.

Biz qlobal brend olmağa çalışırıq ki, müştərilərimiz müxtəlif şəhər və ölkələrə səyahət edərkən hər yerdə "Maxim" taksi sifarişinin xidmətlərindən istifadə edə bilsinlər.

Biz dünya bazarının liderləri ilə birgə texnologiyaları və biznesi yaratmaqdan məmnunluq duyuruq.

Getmək vaxtıdır!